Yanvarın 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrində daxili keyfiyyət təminatına dəstək məqsədilə növbəti tədbir təşkil edib.
Tehsil.biz xəbər verir ki, TKTA və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən görüşdə 32 müxtəlif ali təhsil müəssisəsinin prorektor və daxili keyfiyyət təminatından məsul struktur rəhbərləri iştirak edilbər. Tədbirdə Sumqayıt Dövlət Universitetinin Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova təmsil edib.
Görüşün əsas məqsədi ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı strukturlarına (bölmələrinə) dəstəyin təmin olunmasıdır.
Görüşün əvvəlində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova görüş iştirakçılarını salamlayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov, Akkreditasiya və Lisenziya şöbəsinin müdiri Elmar Mustafayev görüş iştirakçılarını keçirilmiş tələbə sorğusunun, eləcə də, 15 ATM-də öncəki akkreditasiya zamanı verilmiş tövsiyələrin icrasının monitorinqi nəticələri ilə tanış ediblər.
Daha sonra isə ADA Universiteti və Bakı Ali Neft Məktəbi öz daxili keyfiyyət təminatı modellərini tədbir iştirakçılarına təqdim ediblər.