Logo

DSX xüsusi məktəbinə qəbul elan edilib - VİDEO

27.01.2022 13:57 392 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 5-ci sinfinə şagirdlərin qəbulu elan edilib.

DSX Mətbuat Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat fevraln-1-dən martın 28-dək olacaq.

DSX Xüsusi Məktəbində təhsil Azərbaycan dili bölməsi üzrə aparılır.

Xəbər lenti