Logo

Nazirlik məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başladı

27.01.2022 13:04 807 baxış
IMG

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.

Tehsil.biz xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

"Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Xəbər lenti