Logo

Latviyada növbəti tədris ili üzrə təhsil imkanı

27.01.2022 09:52 358 baxış
IMG

Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. 

Tehsil.biz xəbər verir ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2022-ci ildir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti