Logo

"DGK-nin Akademiyası BMT-nin 3 qlobal təşəbbüsünə qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir" - DGK sədri

26.01.2022 22:16 359 baxış
IMG

"Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyası BMT-nin hər 3 qlobal təşəbbüsünə qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir".

Tehsil.biz xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.

“Dövlət Gömrük Komitəsinin Akademiyası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə hər 3 qlobal təşəbbüsünə - Qlobal Sazişə, Məsuliyyətli Menecment Təhsilinin Prinsiplərinə və “Akademik Təsir” proqramına qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir”, - Dövlət Komitəsinin sədri qeyd edib.

Xəbər lenti