Logo

GDU-da xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib

26.01.2022 20:37 521 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində Respublika Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təbliği ilə əlaqədar tələbələrlə görüş keçirmişdir.

Görüşü giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət Vəkili Pərvin Kərimzadə açaraq Dövlət Proqramının əhəmiyyətindən danışıb.

Sonra Təhsil Nazirliyinin müvafiq Dövlət Proqramı ilə məşğul olan əməkdaşları Turan Topalova, Tərlan Abbasova və Günay Mustafayeva çıxış edərək Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilindən və beynəlxalq ikili diplomun  üstünlüklərindən danışaraq, xaricdə təhsil qaydaları,qəbul şərtləri, qəbul olunduqdan sonra tələbələrin qarşısında duran vəzifələr, həmçinin təhsil xərcləri ilə bağlı məsələlərə aydınlıq gətiriblər.

Diqqətə çatdırılıb ki, ölkə başçısının göstərdiyi bu qayğı hər bir gənc üçün əlçatandır və bütün tələbələr yaradılan bu şəraitdən yararlana bilərlər. 

Görüşün sonunda Təhsil Nazirliyinin nümayəndələri tələbələri maraqlandıran suallara cavab veriblər.

Xəbər lenti