Logo

Müəllim başında tablo sındıranların məktəbi haradır? - ARAŞDIRMA

26.01.2022 19:41 529 baxış
IMG

Gördüyünüz oğru dünyasına aid söz və simvollar hansısa həbsxana divarlarına yazılmayıb. Bura məktəb həyətidir. Son günlərdə sosial medianı çalxalamış videonun çəkildiyi məktəb. Təhsil Nazirliyi iki gündür iddia edirdi ki, məlum video Azərbaycanda çəkilməyib. Bu gün isə tam tərsi bəlli oldu.

Video qonşu ölkələrdə yox, Azərbaycanda, məhz paytaxt Bakıda çəkilibmiş.

Ekspertin açıqlama verdiyi ərəfədə biz artıq məktəbin həyətinə çatmışdıq. Əraziyə daxil olduğumuzu görər-görməz məktəb darvazasını bağlayan nəzarətçi xanımın aqressiv baxışları isə kifayət etdi ki, yanılmadığımızı anlayaq. İçəri daxil olmaq üçün çox cəhd etdik. Amma...

Bu gərgin görüntülər fonunda qəfildən məlum oldu ki, bayaqdan bəri nə direktoru, nə də müavini olmayan məktəbdə müsahibə verməyə cavabdeh şəxs tapılıb. İndi qalırdı, müsahibə veriləcək o mübarək anı gözləmək üçün səbrimizi basmaq.

Təxminən yarım saatlıq gözləmə müddətində fürsəti fövtə verməyib, təhsil eksperti Kamran Əsədovla yenidən əlaqə yaratdıq.

Vaxt keçdikcə daha da gərginləşən boz mühitin nəticələri özünü aşkara çıxarırdı. Deməli, dərs vaxtı bitmiş şagirdlərin pəncərədən bizə dikilən baxışları, hərdənbir özünü göstərməyə çalışan enerjik oğlanların çığırtısı bütün bu gözləmə müddətində bizi bir an belə olsun tək buraxmamışdı...

Bu müəllim isə içəri daxil olmaqla bağlı heç bir çətinlik yaşamadığını, sadəcə bizə qadağa qoyulduğunu böyük fəxrlə izah etməyə çalışırdı: “Məni buraxacaqlar. Qapını açıb buraxacaqlar. Şagirdləri yəqin dərsə gecikdikləri üçün içəri buraxmırlar.

Axır ki, məktəbin qeybə çəkilən direktoru Vüqar Məmmədov açıqlama vermək üçün bizə yaxınlaşdı: “Məsələ ilə bağlı dərhal nəzərətə götürülüb. Şagirdlərin izahatları alınıb. Onlar uçota götürülüb. Onlar xüsusi qayğıya ehtiyacı olan və xüsusi risk qrupuna daxil olan şikayətlərdir. Psixoloqlar dərhal o uşaqlarla profilaktik tədbirlərə cəlb olunub. Müəllimin töhmət olunması ondan ibarət ki, müəllimlik prinsiplərinə uyğun tədbirlər görüləcək”.

Doğrudur, müsahibənin ardınca məşhur videonun çəkildiyi sinfə daxil olmağa çalışdıq. Lakin təəssüf ki, buna da müyəssər ola bilmədik.

Bax, bu da daha bir təhsil faciəsinin yekunu. Müəllimə töhmət verilir. Şagirdlərlə profilaktik tədbirlər həyata keçirilir. Direktor özü də bizə qoşulub narazılıq edir. Bəs nəticə? Nəticə isə odur ki, bir müddətdən sonra yenə hansısa məktəbin şagirdləri oyun çıxarır və sosial media günlər, bəzən həftələrlə bu xəbərdən sarsılır.

Bəs nə vaxta qədər? Bunu deyəsən, heç zaman da göstərə bilməyəcək. Çünki çəkiliş etməyə icazə yoxdur. (Apa)

Xəbər lenti