Logo

ARTİ tərəfindən metodik dəstək göstərilən məktəblər

26.01.2022 19:23 365 baxış
IMG

ARTİ-nin direktoru Rüfət Əzizovun iştirakı ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları 17 yanvar 2022-ci il tarixində 301 və 21 yanvar 2022-ci il tarixində isə 227 saylı tam orta məktəblərin rəhbər və pedaqoji heyətiylə görüşlərə başlayıb.  

Tehsil.biz xəbər verir ki, metodik dəstək prosesində hər bir məktəbin inkişaf proqramının hazırlanması nəzərdə tutulub. Məqsədə uyğun olaraq Məktəbin İnkişaf Planın (MİP) hazırlanmasında seçilmiş pedaqoji heyətə mərkəz əməkdaşları tərəfindən dəstək olunub. Həmçinin müəllimlərin dərsləri dinlənilib, ehtiyaclar müəyyənləşdirilib, müəllimlər və metodbirləşmə rəhbərləri ilə fərdi və kollektiv söhbətlər aparılıb. MDPİM əməkdaşları tərəfindən hazırda məktəblərdə təşkil edilən BSQ suallarına baxış keçirilib və müvafiq rəy bildirilib.  

Müxtəlif ümumtəhsil müəssisələrində TKTA tərəfindən yoxlamalar həyata keçirilib. Yoxlamalar 6 sahə üzrə aparılıb: 

  1. Şagird nailiyyətinin yüksəldilməsi; 
  2. Şagirdlərin şəxsi keyfiyyətlərinin (səriştələrin formalaşdırlması) inkişafı; 
  3. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması; 
  4. Məktəbdaxili qiymətləndirmə; 
  5. Məktəbdə dəstəkləyici mühit; 
  6. Məktəb rəhbərliyinin fəaliyyəti. 

Yoxlamaların nəticəsi olaraq ARTİ və BŞTİ-nin əməkdaşlığı çərçivəsində həmin məktəblərə metodik dəstəyin göstərilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, ARTİ-nin ekspert və mütəxəssisləri tərəfindən metodik dəstək göstəriləcək məktəblərdə pedaqoji heyət üçün seminar və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Xəbər lenti