Logo

Adını daşıdığı liseydə Azad Hümbətovun xatirə günü qeyd edilib - FOTOLAR

26.01.2022 17:53 794 baxış
IMG

26 yanvar 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №li Ekologiya liseyində Vətən müharibəsi Qəhrəmanı Azad Hümbə¬tovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Sadıqov, Nərimanov rayon bələdiyyəsinin sədri Təhmiraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, Nərimanov rayonu şəhid ailələrinin nümayəndələri, liseyin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Vətənimizin azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə dövlət qayğısından bəhs ediblər.

Onlar xüsusi olaraq vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabr ayının 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. 
Çıxış edənlər Azad Hümbətovun adının liseyə verilməsini yüksək qiymət¬ləndiriblər. Azad Hümbətovun müəllimləri  Zeynəb Qasımova, Şəfiqə Ağayeva, Tamara Məmmədova çıxış edərək Azadla bağlı xatirələrini bölüşdülər. Hər bir çıxışçı şagirdlərin təlim və tərbiyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda böyü¬məsi, qəhrəmanlıq tariximizin təbliği üçün şəhid adlarının yaşadılmasının vacibliyi və əhəmiyyəti vurğulayıb.

Tədbirdə liseyin şagirdlərinin şeirləri və bədii təqdimatları nümayiş etdirilib.

Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsinə həsr olunmuş şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib.

Xəbər lenti