Logo

AzTU-da “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib

26.01.2022 17:32 128 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib. Daha sonra ötən il başlanılan və icrasının bu il də davam etdiriləcəyi “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının ilk seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı platformanın ali təhsil müəssisələri üçün önəmindən danışıb. Rektor AzTU-da istifadəyə verilən “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin işinə uğurlar arzulayıb. Daha sonra təhsil nazirinin müşaviri, fəlsəfə doktoru Elnur Nəsibov çıxış edib. Qeyd edib ki, gənc alimlərinin beynəlxalq arenaya inteqrasiyası baxımından layihə mühüm əhəmiyyət kəsb edir.

Layihənin təqdimatını edən AGADMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, ölkənin 17 ali təhsil müəssisəsində belə seminarların təşkili nəzərdə tutulub. O bildirib ki, “Open Science” üzrə Milli Təbliğat Mərkəzinin istifadəyə verilməsi sözügedən layihənin gənc alimlər arasında geniş təbliğinə və koordinasiya işinin təşkilinə nail olmaq məqsədi daşıyır. İlqar Orucov onu da əlavə edib ki, layihə çərçivəsində AGADMC tərəfindən regionlarda fəaliyyət göstərən elmi tədqiqatçılar üçün də müvafiq seminarlar təşkil olunacaq. Layihənin yekununda hər universitetdən 25 nəfər seçilməklə Avropa Gənc Alimlər Şurasdan dəvət olunacaq ekspertin iştirakı ilə müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub. 

Tədbirin sonunda seminar iştirakçılarına sertifikat təqdim olunub.

Xəbər lenti