Logo

Daha bir teatrın aktyorları COVID-19-a yoluxdu

26.01.2022 17:26 347 baxış
IMG

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

"Tehsil.biz"in xəbərinə görə, bu  barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Xəbər lenti