Logo

Ali təhsil müəsssisələri ilə keyfiyyət təminatına dair görüş keçiriləcək

26.01.2022 17:00 341 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə 28 yanvar saat 11:00-da ali təhsil müəsssisələri ilə keyfiyyət təminatına dair görüş keçiriləcək.

Tehsil.biz xəbər verir ki, ADA Universitetində təşkil olunacaq görüşdə 40-dan çox ali təhsil müəssisəsinin rəhbər şəxsləri, Tədris şöbə müdirlərinin və keyfiyyət təminatı üzrə məsul şəxslərin iştirakı gözlənilir. Görüş hibrid formada təşkil olunacaq.

Görüşün əsas məqsədi yaxın zamanlarda TKTA tərəfindən Azərbaycan üzrə təhsilalanlar arasında keçirilmiş sorğunun və ATM-lərdə öncəki akkreditasiya zamanı verilmiş tövsiyələrinin icrasının monitorinqi nəticələrinə dair məlumatın verilməsi və atılacaq addımlara dair müzakirələrin təşkilidir. Eyni zamanda, ADA və Bakı Ali Neft Məktəbinin əməkdaşlarının ali təhsil müəssisəsindəki müvafiq keyfiyyət təminatı modelinə dair təqdimat etməsi planlaşdırılır. 

Xəbər lenti