Logo

Gömrük Akademiyasının əməkdaşlarına ISO standartları üzrə növbəti sertifikatlar təqdim olunub

26.01.2022 15:44 226 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Türk Standartları İnstitutu (TSE) tərəfindən keçirilən ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimlərini uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, daha öncə elan edildiyi kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasında əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə struktur bölmələrin əməkdaşları üçün  ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimləri təşkil olunub. Təlimlər Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi ilə əməkdaşlıq çərçivəsində TSE-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilib.

Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına ISO 45001:2018 standartı üzrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Gömrük Akademiyası bir neçə gün öncə ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə 2 gün ərzində davam edən sertifikatlaşdırma auditi prosesindən də uğurla keçib.

Xəbər lenti