Logo

Ekspert Təhsil Nazirliyi yanında İctimai Şuranın bu fəaliyyətini qanunsuz adlandırdı

26.01.2022 15:36 858 baxış
IMG

"Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ali təhsil müəssisələrində əsassız və qanunvericilik aktlarına uyğun olmayaraq imtahan sessiyasının monitorinqini keçirirlər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Belə ki, ekspert İctimai Şura üzvlərinin imtahan sessiyasını izləməsinin qanunsuz olduğunu qeyd edib.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir. Yəni Təhsil Nazirliyi tərəfindən təyin olunan Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil Nazirliyinin fəaliyyətinə nəzarət etməlidir, ona tabe olan hansısa qurumların yox", - Kamran Əsədov bildirib.

Fəqan Əzimli

Xəbər lenti