Logo

Milli Dram Teatrı koronavirusa görə müvəqqəti bağlandı

26.01.2022 15:19 499 baxış
IMG

Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə "Tehsil.biz"ə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: “Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır”.

Cavid Zeynallı qeyd edib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

Xəbər lenti