Logo

Dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert qismində iştirak edən şəxslərlə görüş keçirilib

26.01.2022 14:53 141 baxış
IMG

25 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və aparıcı məsləhətçisi Kamran Səfərovun iştirakı ilə dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert qismində iştirak edən şəxslərlə “ZOOM” platforması vasitəsilə onlayn görüş təşkil edilib.

Tehsil.biz xəbər verir ki, görüşdə 2021-ci il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələr təhlil edilib, onlayn müsahibələrin üstünlükləri və yaranan çətinliklər, müsahibələrin keçirilmə prosesinin təkmilləşdirilməsi, o cümlədən namizədin potensialından istifadə imkanlarının aşkara çıxarılması və vakant vəzifəyə yararlılığını müəyyən etmək üçün meyarlar üzrə hərtərəfli qiymətləndirilməsi, onların səriştə və bacarıqlarının düzgün müəyyən edilməsi məqsədilə spesifik müsahibə suallarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Görüşdə iştirak edən ekspertlər müzakirə olunan məsələlərlə bağlı öz fikir və təkliflərini bildiriblər.

 

Xəbər lenti