Logo

Məktəbəhazırlıq qruplarında qış tətili başlayır

26.01.2022 14:43 436 baxış
IMG

27-31 yanvar tarixlərində məktəbəhazırlıq qruplarında qış tətili olacaq.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu qruplarda məşğələlər 1 oktyabr tarixindən başladığı üçün tətil günlərində qısaltmalar edilməyib. 

Qeyd edək ki,  2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.

Xəbər lenti