Logo

Dərsin gedişinə mane olan şagirdlərin izahatı alınıb, müəllimə töhmət verilib - RƏSMİ

26.01.2022 14:32 3707 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin paytaxtın 165 nömrəli məktəbində baş verdiyi məlum olub.

Məsələ ilə bağlı məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib: "Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

Fəqan Əzimli

Xəbər lenti