Logo

Məktəbliyə siqaret satan şəxs cərimələnib - VİDEO

26.01.2022 14:14 618 baxış
IMG

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti