Logo

BDU-da professor Cahangir Məmmədlinin 80 illik yubileyi qeyd olunub

26.01.2022 13:53 528 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Cahangir Məmmədlinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

BDU-dan bildirilib ki, tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev ustad müəllim, professor Cahangir Məmmədlinin elmi və pedaqoji fəaliyyətindən, jurnalist kadrların hazırlanmasında mühüm rolundan danışıb.

Sonra yubilyara həsr edilmiş videoçarx nümayiş olunub.

Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli professor Cahangir Məmmədlinin bacarıqlı müəllim, jurnalist, eyni zamanda, gözəl ailə başçısı kimi örnək olduğunu diqqətə çatdırıb.

Professorlar Həmid Vəliyev, Qulu Məhərrəmli, Nəsiman Yaqublu, dekan müavinləri Sevinc Əliyeva, Esmira Rövşənova, siyasi elmlər doktoru Sabir Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Aygün Əzimova, Zaur Babayev, Gülnarə Sadıqova Cahangir Məmmədlinin Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib, xoş arzularını bildiriblər.

Xəbər lenti