Logo

Məlum görüntülər bu məktəbdən yayılıb - İDDİA (VİDEO)

26.01.2022 13:21 1467 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda məktəblərdən birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsini əks etdirən görüntülər yayılıb.

Tehsil.biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin əvvəlcə hansı təhsil müəssisəsində çəkildiyi məlum olmayıb.

Bu gün isə həmin görüntülərin paytaxtın 165 nömrəli məktəbdə qeydə alındığı məlum olub.

Daha doğrusu, bunu təhsil eksperti Kamran Əsədov öz feysbuk hesabında iddia edib. Ekspert məsələni araşdırdığını və məlum görüntülərin məktəbin 9-cu sinif şagirdləri tərəfindən çəkildiyini bildirib.

Qeyd edək ki, ötən gün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsinin təsdiqini tapmadığını, bütün hallarda nazirlik tərəfindən məsələ ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Fəqan Əzimli

Xəbər lenti