Logo

ADPU tələbəsi yazır: ADPU davamlı və dayanıqlı inkişaf yolunda durmadan irəliləyir

26.01.2022 12:52 847 baxış
IMG

Qədim zamanlardan bəri müəllimlik peşəsi ən müqəddəs və şərəfli peşələrdən biri kimi qiymətləndirilmişdir.

Keçmiş tarixi dövrlərdə elm, təhsil, texnologiya müasir dövrdəki kimi inkişaf etməsə də, o, dövr böyük alimlər, filosoflar, ziyalılar, fikir adamları və ən əsası müəllimlər yetişdirmişdir. Təhsilimizin bu günki vəziyyətə gəlib çatmasında tarixin müxtəlif dövrlərində yaşayıb-yaratmış müəllimlərin müstəsna xidmətləri olmuşdur.

Azərbaycanda XX əsrin əvvəllərindən fəaliyyətə başlayan ADPU  ölkəmizdə pedaqoji kadrların yetişdirilməsi üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsidir. Keçən ilin sonunda cənab prezident İlham Əliyevin sərəncamı əsasında 100 illik yubileyi keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti ənənələrə sadiq və yeniliklərə açıq ali təhsil müəssisəsi olduğunu nümayiş etdirdi. Son illərdə ADPU-da həyata keçirilən islahatlar davamlı və dayanıqlı inkişafı şərtləndirdi. Beləliklə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətinin ADPU-da layiqincə tətbiq edilməsi, bu ali təhsil müəssisəsini uğurlu gələcəyə doğru aparmağa başladı.

Son illərdə Universitet rəhbərliyinin məhsuldar fəaliyyəti nəticəsində ADPU da STEAM labaratoriyasının və  STEAM mərkəzininin açılışı olub. STEAM layihəsi uşaqlarda İKT yeniliklərinin tətbiqi bacarıqlarının, kreativliyin və əməkdaşlıq vərdişlərinin inkişafını nəzərdə tutur. ADPU-da STEAM təhsil modelinin dünyada və Azərbaycanda inkişaf dinamikasını diqqətlə izlənilir və buna dair universitetdaxili işlərin görülməsinə start verilib. ADPU, həmçinin SABAH qrupları üzrə də tədrisin təşkili həyata keçirilir. Bu qruplarda yüksək ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir. Bundan başqa ADPU-da ikili diplom proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edilir.

Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Şübhəsizdir ki, ADPU bu günki inkişaf tempi ilə təhsil  sahəsində davamlı və  dayanıqlı inkişaf yolunda durmadan irəliləyəcəkdir. 

Ağasəlim Zərbaliyev,

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi

Xəbər lenti