Logo

ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub

26.01.2022 12:45 429 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı Tural Cəfərlinin “44 gün Zəfərə doğru” kitabı işıq üzü görüb.

ADU-dan bildirilib ki, kitabda 44 günlük Vətən müharibəsinin xronologiyası, baş verən döyüşlər və hərbi əməliyyatlar öz əksini tapıb, Azərbaycan Ordusunun uğurları, xüsusi təyinatlı qüvvələrin həlledici rolu və müharibənin yekunu olaraq 10 Noyabr Bəyanatının müddəaları yer alıb.

Eyni zamanda, müharibənin gedişi zamanı beynəlxalq aləmin baş verənlərə reaksiyası, dünya media qurumlarının hadisələri müxtəlif prizmalardan işıqlandırması öz əksini tapıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti