Logo

Bakıda orta məktəbdən oğurluq edilib

26.01.2022 11:57 260 baxış
IMG

Bakıda orta məktəbdən oğurluq edilib.

Bu barədə "Tehsil.biz"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti