Logo

Nigeriyada şagirdlər üçün hicab taxmaq sərbəst olacaq

26.01.2022 11:48 405 baxış
IMG

Nigeriyanın Kvara əyalətindəki məktəblərdə şagirdlər üçün hicab taxmaq sərbəst olacaq.

Tehsil.biz Anadolu Agentliyinə istinadla xəbər verir ki, Nigeriyanın Təhsil və İnsan Kapitalının İnkişafı üzrə komissarı Hacia Saadatu Madibbo Kavu verdiyi açıqlamada bu məsələ ilə bağlı müsəlman və xristian liderlərlə görüşdüyünü bildirib. Kavu deyib ki, hökumət əyalətdəki bütün məktəblərdə hicab taxmaq istəyən müsəlmanlara icazə verilməsi barədə qərar qəbul edib. Həm müsəlman, həm də xristian liderləri əyalətdə sülhün qorunmasına səy göstərməyə çağıran komissar deyib ki, “Nigeriyada din azadlığı var. Ona görə də müsəlman uşaqlarımız məktəblərdə hicab taxa bilərlər”.

Qeyd edək ki, Nigeriyada şagirdlərin məktəblərə hicabla gəlməsi ilə bağlı mütəmadi olaraq problemlər yaşanır. Əyalət hökumətinin qərarına əsasən ötən il bu məsələ ilə əlaqədar bağlanan və yenidən açılan məktəblərdən birində müsəlman şagirdin məktəbə hicabla girməsinin qarşısı alındığı üçün dini qruplar arasında baş verən qarşıdurmada beş nəfər yaralanmışdı. (Azərtac)

Xəbər lenti