Logo

Bu qruplar üzrə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

26.01.2022 10:14 360 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün ali məktəblərə I-IV və V qruplar üzrə keçiriləcək qəbul imtahanlarının tarixini açıqlayıb.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, I-IV qruplar üzrə qəbul imtahanlarının 1-ci mərhələsi və V qrup üzrə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

Həmçinin 11 illik təhsil bazasından kolleclərə qəbul imtahanları da həmin tarixlərdə, yəni 2-3 aprel tarixlərində baş tutacaq.

DİM-dən o da qeyd edilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat tarixləri müəyyən olunan kimi məlumat veriləcək.

Xatıladaq ki, əvvəlki illərin məzunları öz elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verəcəklər.

Xəbər lenti