Logo

Xarici diplomlar hansı hallarda tanınımır?

26.01.2022 10:00 189 baxış
IMG

Xarici diplomların ölkəmizdə tanınımamasını bir sıra müxtəlif səbəbləri var. İlkin olaraq, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması, hansı ki, pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət standartlara cavab verə bilmir.

Tehsil.biz xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandıran Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır.

"Məsələn şəxs Gürcüstanda, gürcü dilində təhsil alıb lakin, bu dildə elementar biliklərə sahib deyil.

Əlbəttə müaricət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomlarında ən çox imtina edilən ölklər Ukrayna və Gürcüstandır. Biz daima valideynlərə də müraciət edirik ki, xaricdə təhsil şirkəti adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar." - deyə İ.Orucov bildirib.

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Xəbər lenti