Logo

MDU-da tələbələr xaricdə doktorantura və ikili diplom proqramları barədə məlumatlandırılıblar

26.01.2022 09:00 161 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova dinləyicilərə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb. Bildirilib ki, proqramın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.

Sonra İdarəetmə Qrupunun mütəxəssisi Günay Mustafayeva xaricdə doktorantura təhsilinin yaratdığı imkanlardan danışaraq, proqram haqqında ətraflı məlumat verib. Beynəlxalq ikili diplom proqramları üzrə mütəxəssis Tərlan Abbasova isə çıxışında Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında ətraflı danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. (Azərtac)

Xəbər lenti