Logo

Azərbaycan MDB ölkələrinin xalq musiqisi sərgisində təmsil olunur

25.01.2022 21:03 185 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada xalq yaradıcılığı və mədəni irsi ili çərçivəsində “MDB ölkələri xalqlarının musiqi folkloru” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, Ümumrusiya Azərbaycanlılar Konqresi və bir sıra başqa milli diasporların da Rusiya Dövlət Kitabxanasında təşkil etdikləri tədbirdə Azərbaycan “Naz eləmə”, “Uzundərə” kimi məşhur xalq rəqsləri, habelə kitablarla təmsil olunub.

Tədbirdə nitq söyləyən Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Fedorov məqsədin müxtəlif xalqları bir-birinə yaxınlaşaraq qarşılıqlı tanıtmaq olduğunu bildirib.

Xəbər lenti