Logo

Məktəblilərin tətil günləri ilə bağlı çoxsaylı suallara CAVAB

25.01.2022 19:51 1030 baxış
IMG

Məktəblilərin qış tətili günlərində qısalmalar olub.

"Tehsil.biz"in məlumatına görə, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur; Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində 31 yanvar tarixi qış tətili, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 və 31 yanvar tarixləri qış tətilidir.

Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində qış tətili  olmayacaq, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 yanvar qış tətilidir.

Qeyd olunanları nəzərə alaraq, 27-28 və 31 yanvar (ibtidai təhsil səviyyəsi istisna olmaqla) 2022-ci il tarixləri də daxil olmaqla ümumi təhsil müəssisələrində böyük summativ qiymətləndirmə təşkil olunur.

Xəbər lenti