Logo

İqtisadi qərarların verilməsi kontekstində yanlış informasiyalara dair elmi seminar keçiriləcək

25.01.2022 19:20 300 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Koqnitiv iqtisadiyyat tədqiqat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarovun moderatorluğu ilə yanvarın 27-də “İqtisadi qərarların verilməsi kontekstində qərəzli və yanlış informasiyalar” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC-dən bildirilib ki, seminarda mərkəzin tədqiqatçısı, İsrailin Azrieli Mühəndislik Kollecinin Sənaye mühəndisliyi və idarəetmə departamentinin müəllimi Pini Davidov məruzə ilə çıxış edəcək.

Xəbər lenti