Logo

UNEC və Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul davam edir

25.01.2022 18:31 337 baxış
IMG

2021/2022-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul aparılır.

Tehsil.biz xəbər verir ki, proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilərlər.

UNEC-dən bildirilib ki, proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Müraciətlər fevralın 1-dək qəbul olunur.

Xəbər lenti