Logo

“Worldskills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində Texniki Komitənin iclası baş tutub

25.01.2022 18:00 628 baxış
IMG

25 yanvar tarixində “Worldskills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində - Texniki Komitənin iclası baş tutub.

Tehsil.biz xəbər verir ki, üzv dövlətlərin texniki nümayəndələrinin iştirakı ilə keçirilən onlayn görüş zamanı cari məsələlərlə yanaşı, növbəti yarışlar zamanı yeni bacarıqların əlavə edilmə imkanı, növbəti il Malayziyanın paytaxtı Kuala Lumpur keçiriləcək yarışların formatı və həmçinin cari ildə keçirilməsi planlaşdırılan onlayn yarışlara ev sahibliyi etmək imkanları müzakirə edilib.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ilin mart ayında “WorldSkills Asia” təşkilatının üzvü seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.

 “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti