Logo

"Alimləri məmurlardan fərqləndirmək lazımdır" - Şahlar Əsgərov

25.01.2022 17:42 597 baxış
IMG

"Müsəlman universitetlərinin heç birində nobelçi alim mühazirə oxumur. Dövlət rəhbərləri bunun fərqinə varmalıdırlar. Alimləri məmurlardan fərqləndirməyi bacarmaq lazımdır. Fərqinə varmalıyıq ki, himayədarlıq edib əsl alimin yerinə kvazialimi oturtmaqla geri qalmanı stimullaşdırırıq”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor qeyd edib ki, müsəlman dünyasından dəqiq elm sahəsində 3 nəfər Nobel mükafatı alıb: “Bizim gənclərə də öz nobelçilərimiz mühazirələr oxumalıdırlar. Gənclərimizə stimul verməliyik. Bu yolla talantlı gənclərin xaricə getməsinin qarşısını almaq olar. Əks halda onları öz əlimizlə Qərbə ərmağan edirik. Bunun da fərqinə varmaq lazımdır”.​

BakuPost

Xəbər lenti