Logo

DİM orta məktəb dərsliklərindəki səhvlərə münasibət bildirib

25.01.2022 16:44 532 baxış
IMG

Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərindəki səhvlərə münasibət bildirib.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva 2012-ci ildə ölkə Prezidenti o vaxtkı TQDK-ya dərsliklərin monitorinq keçirmək səlahiyyəti verdiyini bildirib. 

Onun sözlərinə görə, 2016-cı ildə DİM-in nizamnaməsində də qeyd olundu ki, Təhsil Nazirliyinin sifarişi əsasında monitorinq keçirə bilərik: "Hər il Təhsil Nazirliyi dərslikləri təkmilləşmiş layihə şəklində bizə göndərir. Dərsliklərin məzmunu, bədii tərtibatı, tapşırıqlar, dizayna baxılır. Məzmunun izlənməsi baxımdan yekun rəylər hazırlayırıq, təkliflər veririk, səhvlər və mübahisəli məqamlar varsa, qeyd edib TN-ə göndəririk. Təkliflər də nəzərə alınır. IV sinif “Rus dili” dərsliyi ilə bağlı layihə yəqin ki, gələn illərdə bizə göndəriləcək, çünki bu il hələ II sinif üzrə hazırlanan kitab layihələri göndərilib. Sözügedən materialla bağlı yanlışlığı elektron versiyada artıq düzəldiblər”.

Xəbər lenti