Logo

AzTU rektoru: "Gələcəkdə imtahan prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur"

25.01.2022 16:30 515 baxış
IMG

"Gələcəkdə imtahan prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Yüksək tədrisi təşviq edən bir imtahan prosesinin keçirilməsi planlaşdırılır".

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetdə qış imtahan sessiyasını izləmək üçün keçirilən mediaturda rektor Vilayət Vəliyev məlumat verib.

Rektor qeyd edib ki, imtahanlar tam sərbəst keçirilir: "Tələbələrin imtahan proqramlarını mənimsəmə səviyyəsi orta hesabla 96 faizə yaxındır. Bu semestr tələbələrin yüksək nəticələr göstərəcəklərinə inanırıq”

Xəbər lenti