Logo

"Buraxılış imtahanlarında V sinifdən XI sinfə qədər alt standartlar yoxlanacaq" - DİM

25.01.2022 16:22 289 baxış
IMG

“2008-ci ildən fənn kurikulumları tətbiq edilir. Bunun mahiyyəti tədris prosesində təkcə bilik yox, həm də bacarıqların toplanmasını müəyyən etməkdir".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.

O qeyd edib ki, fənn kurikulumlarında alt standartların tələbləri əsas götürülür: "Xarici dil fənni üzrə əsas bacarıqlar IX sinifdən formalaşmağa başlayır. XI sinifdə əsas fənlər üzrə bacarıqlar isə I yarımildə formalaşır. Məsələn, bu il buraxılış imtahanları martda olacaq, amma bu şagirdlərdə artıq əsas riyazi bacarıqlar formalaşıb. Onlar bir müddət əvvəl IX sinif buraxılış imtahanı verib, amma pandemiya ilə əlaqədar bu imtahanları rahat şəkildə keçirmək, alt standartların tam yoxlanılması mümkün olmadı. Ona görə bu imtahanda V sinifdən XI sinfə qədər alt standartlar yoxlanacaq. Deyirlər, tapşırıqlar çətin olacaq, hazırlıq səviyyəsini yoxlamaq üçün sadə, orta və çətin tapşırıqlar olur. Buraxılış imtahanı attestat imtahanları deyil. Attestat yekunda məktəbdaxili qiymətləndirmə əsasında yazılır”.

Xəbər lenti