Logo

Gürcüstandakı azərbaycanlı müəllimlərin problemləri həll olunacaq - VİDEO

25.01.2022 16:16 406 baxış
IMG

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimləri də nəhayət ki bu ildən öz peşə statuslarını yüksəldə biləcəklər.

Belə ki, qonşu ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən soydaşlarımız ilk dəfə olaraq Azərbaycan dilində attestasiya imtahanından keçə biləcəklər. Artıq Gürcüstanın qiymətləndirmə və İmtahan üzrə Milli Mərkəzi ölkənin təhsil və elm nazirinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün 2022-ci ildə öz ana dillərində keçiriləcək imtahanların hazırlanmasına başlayıb.

Qeyd edək ki, digər fənn müəllimlərindən fərqli olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimləri attestasiya imtahanı verə bilmirdilər.

Ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti