Logo

BDU Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

25.01.2022 15:26 578 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir. Beynəlxalq əməkdaşlıq Universitetinin inkişaf startegiyasında prioritet istiqamətlərdən hesab olunur.

Tehsil.biz xəbər verir ki, bu istiqamətdə BDU ilə Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

BDU ilə Alexandru İoan Cuza İasi  Universiteti arasında imzalanan Erasmus mübadilə protokolunda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun Alexandru İoan Cuza İasi  Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi  Universitetinin rektoru Tudorel Toader imzalayıb.

Məlumat üçün bildiririk ki, əsası 1860-cı ildə qoyulmuş Rumıniyanın Alexandru Ioan Cuza Iasi Universitetində 25000  tələbə təhsil alır. Universitetdə  15 fakütədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Alexandru Ioan Cuza Iasi Universiteti QS WUR fənn reytiqində 1201+ pillədə yer alır.

Xəbər lenti