Logo

Azərbaycanda məktəbdə biabırçılıq: Şagirdlər müəllimin “başına çıxır” - VİDEO

25.01.2022 12:25 173 baxış
IMG

Azərbaycanda məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə hiddətə səbəb olub.

Tehsil.biz xəbər verir ki, videonun hansı təhsil müəssisəsində çəkildiyi məlum deyil. Təəssüf doğuran məqamlar isə şagirdlərin sinif otağında olan müəllimi görməzdən gəlməsidir.

Orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi birmənalı qarşılanmayıb. 

Uşaqların bu cür davranışlara yol verməsi kimin günahıdır: ailənin yoxsa təhsil müəssisəsinin?

Mövzu ilə bağlı Cəsarət Valehov bildirib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi hələ ki, öz təsdiqini tapmayıb:

C.Valehov qeyd edib ki, bütün hallarda Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.

Xəbər lenti