Logo

Məktəblilər üçün yeni Atlas nəşr olunub

25.01.2022 11:51 562 baxış
IMG

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan Atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, 6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Təhsil İnstitutu və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib.

Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu Atlasın xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və digərlərinə aiddir.

Dərs vəsaiti coğrafi məkan, təbiət, Cəmiyyət və Azərbaycan Respublikası başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan atlasa Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

 

 

Xəbər lenti