Logo

Dövlət Proqramı məzunlarının məktəblilərlə görüşü keçirilir

25.01.2022 10:14 433 baxış
IMG

“Parlaq Gələcəyim” layihəsi çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzununun şəhər/rayon məktəbliləri ilə onlayn görüşü keçirilib.

Layihənin məqsədi regionlardakı məktəblilərin maraq göstərdiyi ixtisas sahələri üzrə ən son yeniliklər barədə məlumatlandırılması, ölkəmiz üçün insan kapitalı kimi formalaşmağa təşviq edilməsi, əmək bazarındakı prioritet ixtisaslar barədə yeniliklərin bölüşülməsini təmin etməkdir. 

Təlimçi sözügedən proqram çərçivəsində İtaliyanın “Sapienza University” ali təhsil müəssisəsində iqtisadi siyasət ixtisası üzrə magistratura təhsili almış Səbinə Əliyeva olub.

Ölkənin müxtəlif regionlarından 70-ə yaxın məktəblinin iştirak etdiyi vebinar “İqtisadiyyat və sən” mövzusuna həsr edilib. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Xəbər lenti