Logo

Dövlət İmtahan Mərkəzi canlı yayımda sualları cavablandıracaq

25.01.2022 09:55 764 baxış
IMG

Bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək.

Tehsil.biz xəbər verir ki, canlı yayımda Mərkəzin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov imtahanlar barədə ətraflı məlumat verəcək və daxil olan sualları cavablandıracaqlar. 

Sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

Xəbər lenti