Logo

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub

21.01.2022 18:13 187 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 2022-ci ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı “Texnofest-2022”nin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev festival barədə məlumat verib. Bildirib ki, AzTU "Texnofest-2022" festivalının Azərbaycandakı rəsmi tərəfdaşıdır. Rəşad Əliyev texnologiya sahəsində çalışan, bu sahəyə marağı olan hər kəsi festivalında iştiraka dəvət edib.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Texnofest" ofisinin əməliyyat meneceri Zeynəb Babayeva təqdimatla çıxış edib. O, festivalda iştirak qaydaları və şərtlər, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak  etmək istəyənlər bu və digər məlumatları daha ətraflı şəkildə https://teknofest.az/az/ saytından əldə edə bilərlər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Texnofest-2022” 26-29 may tarixlərində Bakıda “Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.

Xəbər lenti