Logo

ADMİU-da “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda elmi konfrans keçiriləcək

21.01.2022 17:20 307 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) martın 4-də “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib. Bildirilib ki, hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbələrinin qatıldığı konfransda bu il digər fakültə və kurslardan da tələbələrin iştirakı planlaşdırılır.

Universitetin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçiriləcək konfransın “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusuna həsr edilməsində məqsəd incəsənətin bütün sahələri üzrə mütəxəssislər hazırlayan ADMİU-nun digər fakültələrində təhsil alan tələbələri də vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, fənlərarası inteqrasiyaya çalışmaqdır. Konfrans, həmçinin elmə maraq göstərən tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinə yiyələnməsinə vəsilə olacaq.

Konfransa qatılmaq istəyən tələbələr kağızda çap olunmuş və kurs rəhbərləri tərəfindən imzalanmış məruzələrini fevralın 25-dən gec olmayaraq ADMİU-nun Teatrşünaslıq kafedrasına təqdim etməlidirlər.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun olaraq məruzələrin seçilməsi hüququnu özündə saxlayır.

Xəbər lenti