Logo

“BDU Könüllüləri”nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

21.01.2022 15:48 142 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə “BDU Könüllüləri”nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov, professor Sevda Süleymanova, “BDU könüllüləri”nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva çıxış ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar - Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günü barəsində, baş verən hadisələr haqqında məlumat veriblər.  Şəhidlərimizin əziz xatirəsi yad edilib, tələbələr 20 Yanvar gününə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda 20 Yanvar haqqında videoçarx nümayiş olunub.

Xəbər lenti