Logo

Nazir müavini: "Rus dili" dərsliyi ilə bağlı məsələ nəşriyyat tərəfindən araşdırılır"

21.01.2022 14:23 277 baxış
IMG

“Dərsliklər müvafiq qanunvericiliyə əsasən nəşriyyata müraciət olunaraq çap olunur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib.

O bildirib ki, nəşriyyatlar müəyyən ekspertlərlə isləyirlər: “Hazırda "Rus dili" dərsliyi ilə bağlı məsələ nəşriyyat tərəfindən araşdırılır, müvafiq olaraq bununla bağlı göstəriş veriləcək. Dərsliklərdə olan bu tip problemlər növbəti çaplarda aradan qaldırılacaq”.

Xatırladaq ki, orta məktəblərin rus bölməsi üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilib. Təhsil Nazirliyindən bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır.

Bildirilib ki, sözügedən dərsliklərin istifadə müddəti 2022/2023-cü tədris ilində bitəcək. Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək. Müvafiq düzəliş www.trims.edu.az-da edilib.

Xəbər lenti