Logo

Gəncədə Ermənistanın dağıtdığı məktəblərin qiymətləndirilməsi aparılır

21.01.2022 14:17 456 baxış
IMG

“Gəncə şəhərində 9 və 11 nömrəli məktəblərin qiymətləndirilməsi aparılır”.

"Tehsil.biz"in əlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərində mülki əhaliyə qarşı raket zərbələri endirilib: “Bu zaman təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Müvafiq qurumlarla birlikdə onların qiymətləndirilməsi aparılır. Çünki burada yalnız təhsil infrastrukturuna ziyan dəyməyib. Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq”. (Apa)

Xəbər lenti