Logo

Respublika fənn olimpiadalarına start verilir

21.01.2022 12:07 538 baxış
IMG

Yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək. 

Tehsil.biz xəbər verir ki, cari tədris ilində fənn olimpiadalarında iştirak üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. 

Xəbər lenti