Logo

AzTU-da "Gələcək üçün Bacarıqlar” layihəsinə dair görüş keçirilib

21.01.2022 10:56 230 baxış
IMG

Azərbaycan Texniki Universitetində “Gələcək üçün Bacarıqlar” layihəsinin hesabat təqdimatı və növbəti addımlarla bağlı görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və layihə komandası iştirak ediblər.

Görüş zamanı layihənin ölkənin innovasiya ekosisteminin inkişafına göstərdiyi təsir, layihə mərhələlərinin gedişatı, gələcək addımlar və innovasiya sahəsində qarşılıqlı birgə fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti